Menu

İrəvanla Tehran arasında enerji sazişinin həcmi artırılıb - Müddət uzadılıb

10.08.2023, 17:05
İrəvanla Tehran arasında enerji sazişinin həcmi artırılıb - Müddət uzadılıb

İrəvanla Tehran arasında bağlanmış “elektrik enerjisi müqabilində qaz” sazişinin həcmi artırılıb və müddəti 2030-cu ilə qədər uzadılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, müvafiq sənədi “İrəvan İES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin (National Iranian Gas Company - NIGC) rəhbəri Məcid Çegeni imzalayıblar.

Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb, çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır.

Şərhlər

Eli 2023-08-10 19:09:07

Dünyada eger üç iyrenc içi başqa milletkere qarşı nifretle kinle dolu millet varsa onların biri ermeni ,digeri farsdır.Ehalisinin yarısı-40 millionu azerbaycan türkü olan 1000 ilden artıq İrana rehberlik etdiyine baxmayaraq bu gün de farslar bize dişmençilik edib ermeniye qardaş deyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol