Menu

İranla Ermənistan bu sazişin müddətini 7 il artırdılar

10.08.2023, 23:35
İranla Ermənistan bu sazişin müddətini 7 il artırdılar

Ermənistan və İran qaz/elektrik enerjisi mübadiləsinə dair razılaşmanın müddətinin 2030-cu ilədək uzadılmasını nəzərdə tutan saziş imzalayıblar.

TASS xəbər verir ki, İrəvan tərəfdən sazişi “İrəvan İstilik Elektrik Stansiyası” QSC-nin baş direktoru Aram Kazaryan, Tehran tərəfdən isə neft nazirinin müavini Məcid Çeqeni imzalayıb.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişin hər iki tərəf üçün faydalı olduğunu deyib: “Sazişin uzadılması imkan verəcək qaz idxalını və elektrik enerjisi ixracını artıraq. Bu, şübhəsiz ki, hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək”.

Qeyd edək ki, İranla Ermənistan qaz əvəzinə elektrik enerjisi mübadiləsi sazişini 2009-cu ildən imzalayıblar. Sazişə əsasən İrandan Ermənistana il ərzində 400-500 milyon kubmetr qaz ötürülür. Ermənistan qazdan elektrik enerjisi istehsal edir və hər kubmetrə görə 3 kVt/saat enerjini İrana ötürür. Hər kubmetr qazdan 5 kVt\saat elektrik enerjisi əldə edən İrəvan bu mübadilədən ildə 1 milyard kVt/saata qədər pulsuz enerji qazanır.

Şərhlər

Mehman 2023-08-11 09:44:08

xameneyi paşiklə ögey qardaşdı.ata bir ana ayrı. gorbagor vartanın övladlarıdır. vartan xameneyinin anasını 1 saatlıq siğə edib. erməni sevgisi burdan qaynaqlanır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol