Menu

Lənkəranda 58 yaşlı kişi intihar edib

10.08.2023, 22:49
Lənkəranda 58 yaşlı kişi intihar edib

Lənkəran rayonunda 58 yaşlı kişi intihar edib. "Report"un cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Şovu kənd sakini, 1965-ci il təvəllüdlü Rafəddin Gülhəsən oğlu Eynullayev yaşadığı evin həyətində ağacdan özünü asıb.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerindədir. R.Eynullayevin intihar səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol