Menu

ABŞ Ukraynaya tədarük etdiyi mərminin istehsalını artırıb

11.08.2023, 08:10
ABŞ Ukraynaya tədarük etdiyi mərminin istehsalını artırıb

ABŞ Kiyevə tədarük etdiyi 155 millimetrlik mərmilərin aylıq istehsalını 14 mindən 24 minə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat yayıb.

Onun sözlərinə görə, gələn il Pentaqon ayda 80 minədək mərmi istehsal etmək niyyətindədir. Rayder əlavə edib ki, iki milyondan çox belə mərmi Ukraynaya çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol