ABŞ və onun Qərbdəki müttəfiqləri Rusiyadan külli miqdarda nüvə yanacağı və bu qəbildən olan digər məhsulları almağa davam edirlər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Euronews” nəşrində yayımlanan məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, Ukraynanın işğalından sonra Rusiya ABŞ və Avropa şirkətlərinə 1,7 milyard dollar dəyərində nüvə məhsulları ixrac edib. Nəşr qeyd edir ki, hazırda Qərbin sanksiyalarından kənarda qalan bu məhsullar sayəsində Moskva yüz milyonlarla dollar gəlir əldə etməyə davam edir.
Mütəxəssislər bildirirlər ki, əsasən mülki atom elektrik stansiyalarında istifadə edilən bu yanacağın Rusiyadan həddən artıq asılılığı Putinin təchizatı kəsəcəyi təqdirdə ABŞ və Avropa ölkələrində enerji çatışmazlığı riskini artıra biər.
Vaşinqtonda yerləşən Silahsızlaşdırma Siyasəti Təlim Mərkəzinin direktoru Henri Sokolski isə bildirir ki, nüvə məhsullarının idxalına qadağa qoyulmadığı təqdirdə bütün ölkələr bu məhsulu Rusiyadan almağa davam edəcəklər. Ekspert bu məhsulların Rusiyadan idxalının ucuz başa gəldiyini deyir.
Qeyd edək ki, hazırda 440 reaktorda nüvə enerjisindən elektrik enerjisi istehsal edən 30 ölkənin əksəriyyəti yanacaq kimi istifadə olunan radioaktiv materialı Rusiya dövlətinə bağlı “Rosatom” şirkətindən alırlar.
2022-ci il hesabatına əsasən, “Rosatom” uranın zənginləşdirilməsində dünya lideri, uranın hasilatı və yaxın hasilatında isə üçüncüdür. Hazırda 10 ölkədə 33 yeni reaktor inşa edən “Rosatom” və onun törəmə şirkətləri keçən il 2,2 milyard dollar dəyərində nüvə enerjisi ixrac ediblər.
Qeyd edək ki, Ukrayna rəsmiləri dünya liderlərinə “Rosatom”-a qarşı sanksiyalar tətbiq etməklə bağlı çağırışlar etsələr də, bu, fayda verməyib.
“AzPolitika.info”

Şərhlər
Dəfələrlə qeyd etmişik ki, düşməninin gücünü küçümsəyib, siyasətini ona görə yürütməyən dövlətlər, sonda ona qarşı istər siyasət də, istər də hərbdə məğlubiyyətə məhkumdurlar. Rusiyanı ən yaxşı tanıyan və gücünə bələd olan keçmiş Sovet Respublikalarıdır. Xüsusən də Azərbaycan. Çünki, Azərbaycan 200 ilə yaxın, həm Rusiya ərazisinin içində olub, həm də daha çox Rusiya tərəfindən təcavüzlərə və basqılara məruz qalıb və bu gün də qalmaqdadır. Amma bütün bunlara rəğmən, Azərbaycan dövlətinin qonşu Rusiya ilə balanslı siysət yürütməsi təqdir edicidir və bütün hallarda da bu Azərbaycanın xeyirinədir. O ki qaldı qardaş Ukrayna xalqının düşüdüyü bataqlığa, ilk gündən bunu da qeyd etmişəm ki, Ukrayna bütün hallarda bu müharibədə məğlubdur. Müharibə təzə başlayanda bu barədə bütün gerçəkləri əks etdirən bir yazı verdim, bir çoxları o yazıya görə bizi qınadılar və hətta güya mən Rusiyanın tərəfində imişəm kimi qələmə verdilər. Zelenskini isə xalq qəhrəmanı kimi təqdir etdilər və bu gün də edirlər. Bütün arqumentlər də o oldu ki, Rusiya çökəcək, Ukrayna qalib gələcək. Amma bu yazıda müəlifin də dediyi kimi Rusiya çökmədi və çökməyəcək də. Çünki, onun böyük ərazisi və böyük ehtiyatları var və Qərb də bir çox hallarda o ehtiyatları almağa məhkumdur. Sadəcə olan Ukraynaya və Ulkrayna xalqına oldu. Ukraynaya qalacaq isə Qərbin Ukraynanın timsalında Zelenskiyə çaldıqları çəpik olacaq. . Hansı ki, Qərb zamanında Saakaşviliyə də o çəpikdən çalınırdı. İndi Saakaşvili zindanda çürüdülür Qərb bir dəfə səsini belə çıxartmır.