Menu

BMT İranı edam cəzasını və hicab qanunlarını ləğv etməyə çağırıb

11.08.2023, 15:45
BMT İranı edam cəzasını və hicab qanunlarını ləğv etməyə çağırıb

BMT-nin yaydığı hesabatda İranda artan edamları dayandırmaq və məcburi hicab qaydalarını geri götürməyə dair çağırış yer alıb.

“AzPoltika.info” xəbər verir ki, hesabatda İran hökumətinə bütün şəxslərin edam hökmünü dərhal dayandırmağa və ölüm cəzasının tətbiqindən çəkinməklə bağlı da çağırış edilib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, İranda təkcə bu il 350-dən çox insan edam edilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur.

Məhsa Əmini adlı gənc qızın “Əxlaq” polisi tərəfindən hicaba görə öldürülməsindən, İranda baş verən ümumxalq etirazlarından sonra edamların sayı daha da artıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol