Menu

Hərbçilər Şükür Həmidovun atasının dəfnində iştirak etdilər - FOTO

11.08.2023, 21:00
Hərbçilər Şükür Həmidovun atasının dəfnində iştirak etdilər - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan polkovnik Şükür Həmidovun ailəsinə ağır itki üz verib.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov vəfat edib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidovun dəfn mərasimində iştirak edib.

Hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyinin başsağlığını mərhumun yaxınlarına çatdırıblar.

Qeyd edək ki, Milli Qəhrəmanımızın atası Nəriman Həmidov bu gün 90 yaşında vəfat edib.

Məlumata görə şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov vəfat edib.

Milli Qəhrəman Şükür Həmidov

Nəriman Həmidov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol