Krım körpüsündə daha 8 partlayış olub. Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi isə partlayışları təsdiqləyib.

"Kiyev "S-200 №raketi vasitəsi ilə Krım körpüsündə növbəti dəfə partlayış törətməyə cəhd edib. Ukrayna raketi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək havada vurulub” – Rusiya MN-nin məlumatında qeyd olunur.

Hücum nəticəsində tələfatın olmadığı, Krım körpüsünün zədələnmədiyi bildirilib.

Qeyd edək ki, bu gün günorta saatlarında Krım körpüsü vurulub, körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Rusiya tərəfi raket hücumlarının hamısının qarşısının alındığını vurğulayır.

***

Krım körpüsünə raket hücumları davam edir. Bu barədə Qondarma Krım respublikasının rəhbəri Sergey Aksenov məlumat yayıb.

Onun sözlərinə görə, hücumların qarşısı alınır.

***

Qondarma Krım respublikasının rəhbəri Sergey Aksenov Krım körpüsünün vurulduğunu təsdiqləyib. O, bu barədə teleqramda yazıb.

S.Aksenovun sözlərinə görə, əraziyə 2 raket atılıb və onlar zərərsizləşdirib.

Məlumata görə, körpü zədələnməyib.

***

Krım körpüsü vurulub və burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, ərazidə partlayış və silah səsləri eşidilir.

Körpünün Ukrayna ordusu tərəfindən vurulduğu ehtimal edilir.