Menu

ABŞ və İran arasında məhbus mübadiləsi - İran bu beş amerikalı üçün 6 milyard dollar əldə edəcək

12.08.2023, 15:15
ABŞ və İran arasında məhbus mübadiləsi - İran bu beş amerikalı üçün 6 milyard dollar əldə edəcək

Tehran və Vaşinqton arasında uzun illər sonra ilk dəfə olaraq məhbus mübadiləsi baş tutacaq.

"AzPolitika.info" xəbər verir ki, İran casusluq ittihamı ilə saxladığı beş amerikalının ölkəni tərk etməsinə icazə verəcək, ABŞ isə bunun müqabilində ölkədə saxlanılan bəzi iranlıları sərbəs buraxacaq və İran sanksiyalara görə dondurulmuş 6 milyard dollarlıq aktivinə çıxış əldə edəcək.

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, İranda casusluq ittihamı ilə həbs edilən Siamak Namazi, Emad Sharghi, Morad Tahbaz və iki ABŞ vətəndaşı, eləcə də adı açıqlanmayan bir nəfər qadın həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.

ABŞ mediasına danışan rəsmilər bildiriblər ki, razılaşmaya əsasən, İranın Cənubi Koreyadakı 6 milyard dollarlıq aktivi Qətər mərkəzi bankına köçürüləcək və yalnız humanitar ehtiyaclar üçün istifadə olunacaq. Qətərə pul köçürüldükdən sonra ABŞ-dan olan 5 nəfərin sərbəst buraxılacağı bildirilib.

Qeyd edək ki, ABŞ vətəndaşı Siamak Namazi 2015-ci ildə iş məqsədi ilə İrana gedən zaman saxlanılıb. Onun neft şirkətində müdir işlədiyi bildirilir. Namazi “düşmən dövlət ilə əməkdaşlıq” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. İslam Respublikasında həbsdə olan digər ABŞ vətəndaşı Emad Shargi isə 2018-ci ildə həyat yoldaşı ilə İranda səfərdə olarkən saxlanılıb. Shargi 2020-ci ildə “casusluq” ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. Böyük Britaniya və ABŞ vətəndaşlığı olan Morad Təhbaz da 2018-ci ildə saxlanılıb və "ABŞ hökuməti ilə əlaqədə olmaq" ittihamı ilə 10 il müddətinə həbs edilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol