Menu

Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurub

13.08.2023, 16:43
Naxçıvanda 30 yaşlı kişini elektrik cərəyanı vurub

Naxçıvan şəhər sakini avtoyumada işləyərkən onu elektrik cərəyanı vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bugün şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Elektrik cərəyanı vurması nəticəsində avtoyuma məntəqəsinin işçisi Naxçıvan şəhərinin Tumbul kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Asim Mais oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol