Vladimir Putini həftəsonu günlərində heç bir müşavirə keçirməyib və özünü pis hiss edib.
“AzPolitika.info” xəbər verir ki, belə bir məlumatı Rusiyanın tanınmış “General SVR” teleqram kanalı paylaşıb. Bu məlumat dərhal bir çox KİV-lər tərəfindən də yayımlanıb.
Xəbərdə Putinin 12-13 avqust günlərində özünü pis hiss etdiyi bildirilsə də, bunun konkret səbəbləri göstərilmir. Kanal qeyd edir ki, həmin günlərdə Putin dərman qəbulunu intensivləşdirib və yalnız bir neçə hesabatla tanış olub: “İstirahət günlərində Putin özünü pis hiss edib. Prezidentin şəxsi görüşləri yalnız həkimləri və bir neçə yaxın adamı ilə məhdudlaşıb”.
Qeyd edək ki, bundan öncə də Putinin ağır xəstəliklərdən əziyyət çəkdiyi barədə məlumatlar yayılıb, lakin Kreml hər dəfə bu məlumatları təkzib edib. Ukrayna kəşfiyyatının rəsmi sözçüsü Vadim Skibitski isə hələ ötən iliun avqustunda demişdi ki, “Putin mənəvi və fiziki cəhətdən xəstə adamdır”.
“AzPolitika.info”

Şərhlər
İstefa üçün zəmin hazırlığı