Menu

Prezident Beyləqanda yol tikintisinə 11,9 milyon manat ayırıb

14.08.2023, 13:43
Prezident Beyləqanda yol tikintisinə 11,9 milyon manat ayırıb

Prezident İlham Əliyev Beyləqan rayonunun Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 Sərəncamla on altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,9 milyon (on bir milyon doqquz yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Şəkili 2023-08-14 14:34:53

Prezident yol tikintisinə,təmirinə büdcədən vəsait ayırır.Bəs bu vəsaitlər necə istifadə olunmasına nəzarət kifatət qədər edilirmi və nəticə açıqlnırmı?.Yoxsa Saleh bunu özbaşına edir?Şəki rayonuna son 10 ildə yol strukturuna ayrılan vəsaitlərin necə silindiyin kim izah edə bilər.Axı Şəkinin 3 mərkəzi yolunun heç biri standartlara cavab vermir və xırda yama təmiri yolları keçilməz edib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol