Menu

Polşada iki Rusiya vətəndaşı casusluq ittihamı ilə saxlanılıb

14.08.2023, 17:43
Polşada iki Rusiya vətəndaşı casusluq ittihamı ilə saxlanılıb

Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının təbliğatını aparan iki Rusiya vətəndaşının casusluq ittihamı ilə saxlanıldığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər naziri Mariuş Kaminski paylaşım edib.

“Polis Krakov və Varşavada Rusiyaya bağlı “Vaqner” muzdlularının təbliğat materiallarını yaymaqla məşğul olan iki Rusiya vətəndaşını müəyyən edib və saxlayıb”, - deyə Kaminski bildirib.

Kaminski bu iki şəxsin digər əməlləri ilə yanaşı casusluqda da ittiham edildiyini və bu çərçivədə saxlanıldıqlarını bildirib.

Daxili İşlər naziri sözügedən şəxslərin kimliyini açıqlamayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol