Menu

Heydər Əliyev prospektində qəza - Yolda sıxlıq yaranıb + FOTO

15.08.2023, 10:41
Heydər Əliyev prospektində qəza - Yolda sıxlıq yaranıb + FOTO

Heydər Əliyev prospektində baş verən qəza sıxlığa səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, “ASK Arena” (keçmiş “Şəfa”) stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən də prospektdən üzü şəhər istiqamətinə yolda sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb ediliblər.

Şərhlər

Rüstəm 2023-08-15 11:26:37

Sürət həddinin azalmasının nə xeyri oldu ziyandan başqa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol