“Sabah Ermənistanın çağırışı ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasından ciddi qərar gözləmirəm. Çox güman, Sədrin adından Laçın yolunun humanitar məqsədlər üçün açlıması ilə bağlı bəyanat olacaq”.

Bunu “AzPolitika.info”ya açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Xatırladaq ki, avqusutun 16-da Ermənistanın tələbi üzrə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Xarici işlər naziri Ararat Mirzoyan iclasda iştirak etmək üçün Nyu Yorka gedib.

T.Zülfüqarov əlavə edib ki, TŞ-nın Azərbaycan əleyhinə qətnamə qəbul etməsi mümkün deyil: Ermənistanın tələbində həm də Rusiya hərbçilərinin Qarabağda qalması məsələsi yer alıb. Necə təsəvvür edirsiniz, ABŞ buna razı ola bilərmi? Əlbəttə, yox! Amma Fransa rusların bölgədə qalmasını istəyər, amma bu da kifayət deyil”.

Keçmiş nazir vurğulayıb ki, Baş nazir Nikol Paşinyanın BMT TŞ-yə müraciət etməsi erməni cəmiyyətinə, lobbisinə və Qarabağdakı separatçılara “əlindən gələni” etdiyini nümayiş etdirmək fürsəti verəcək. 

“O, bildirəcək ki, imkanlarından daha maksimumunu etdi və nəticə olmadı, ona görə Azərbaycanla sülh gündəliyinə davam etmək lazımdır. Beləliklə, o, sülh danışıqlarını davam etdirəcək”, - Tofiq Zülfüqarov bildirib.

Rasim Əliyev

“AzPolitika.info”