Rusiyanın işğalı altında olan Ukraynanın Krım yarımadasında kəskin yanacaq çatışmazlığı yaranıb.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında dərc edilən məlumatda Krımdakı yanacaqdoldurma məntəqələri qarşısında kilometrlərlə uzanan növbələrin yarandığı qeyd olunur.
Xəbərdə deyilir ki, yarımadada yanacağın qiyməti sürətlə bahalaşır. Yerli əhali ehtiyat yanacaq toplamağa çalışır, bu da yanacaqdoldurma məntəqələri qarşısında ajiotajı daha da artırır.
İşğalçı administrasiya yetərincə yanacaq ehtiyatı olduğunu bəyan etsə də, faktiki olaraq, ehtiyatlar tükənib. Məlumatda bildirilir ki, yanacaq qıtlığının yaranması yarımadaya daşımaların təhlükəsizliyi problemləri və Krım körpüsünə edilən hücumların çoxalması ilə bağlıdır.
“AzPolitika.info”


Şərhlər