Məlum olduğu kimi, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları başa çatıb. Hazırda imtahanları müvəffəqiyyətlə başa vuran abituriyentlər ixtisas seçimi mərhələsini gözləyirlər. Abituriyentlər bu mərhələdə bir sıra nüansları – topladığı balı, universitetlərdəki təhsil səviyyəsini, seçdiyi ixtisasın özünə uyğun olub-olmamasını və gələcək perspektivini nəzərə alırlar.
İxtisas seçimində diqqət edilən əsas məsələlərdən biri də ali təhsil müəssisələrindəki təhsil haqlarıdır. Hazırda universitetlərdə təhsil haqlarıı kifayət qədər yüksək olduğundan, yüzlərlə tələbə ixtisas seçimini və ali təhsil müəssisəsini bu nüans əsasında müəyyən edirlər. Bu zaman sosial durumu zəif olan gənclər məcburən təhsil haqqı nisbətən aşağı olan universitetlər arasında seçim etməli olurlar.
Məlumat üçün qeyd edək ki, ali təhsil müəssiələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.
“AzPolitika.info” mövzunun aktuallığını nəzərə alaraq ali təhsil müəssisələrindəki illik təhsil haqlarının ötən illə müqayisəli təhlilini aparıb.
Qeyd edək ki, bu il ötən illə müqayisədə 201 ixtisasın qiymətində artım müşahidə edilib. Ən çox artım I və II qruplarda baş verib. Ən yüksək artım isə Odlar Yurdu Universitetində qeydə alınıb. Belə ki, bu universitetdə xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası 2500 manatdan 3500 manata, beynəlxalq münasibətlər ixtisası 2200 manatdan 3000 manata, tərcümə ixtisası isə 2200 manatdan 3500 manata yüksəlib.
Bu il Bakı Dövlət Universitetində 28 ixtisasın qiyməti bahalaşıb. Qeyd edək ki, hazırda ölkədə minimum təhsil haqqı 1300 manatdan başlayır.
Ən yüksək təhsil haqqı isə Azərbaycan Diplomatik Akademiyasın hüquqşunaslıq ixtisası üzrədir (6500 manat).
Ötən illə müqayisədə bu il təhsil haqlarını artıran universitetlərin siyahısını, təhsil haqqı artan ixtisasları, həmçinin ötənilki və builki qiymətləri oxuculara təqdim edirik:
I QRUP
Bakı Dövlət Universiteti
1. Fizika-1900/2000
2. Geologiya-1900/2000
3. Kompüter elmləri (qiyabi)-1600/ 1700
4. Mexanika - 1900/2000
5. Riyaziyyat- 1900/2000
6. Geologiya və geofizika mühəndisliyi- 1900/2000, qiyabi -1600/1700
7. Geomatika və geodeziya (qiyabi)-1600/1700
8. Mədən Mühəndisliyi -1900/2000
9. Fizika müəllimliyi (Qazax flialı) – 1400/1500
10. İnfomatika müəllimliyi (Qazax flialı) – 1400/1500
11. Riyaziyyat müəllimliyi (Qazax flialı) – 1400/1500
12. Riyaziyyat və informatika müəllimliyi (Qazax flialı)- 1400/1500
Azərbaycan Memarlıq və İnşaat Universiteti
1. İnşaat mühəndisliyi (tədris ingilis dilində) – 2000/2200
Bakı Mühəndislik Universiteti
1. Kompütür elmləri - 2200/2300
2. İnformasiya təhlükəsizliyi - 2200/2300
3. İnformasiya texnologiyaları - 2200/2300
4. Mexanika mühəndisliyi (tədrsi ingilis dilində) - 2300/2500
Naxçıvan Dövlət Universiteti
1. Riyaziyyat və İnformatika müəllimliyi – 1300/1400
2. İnformasiya Texnologiyaları – 1300/1500
3. Nəqliyyat mühəndisliyi – 1000/1200
Naxçıvan Müəllimlər İnstutu
1. İnformatika müəllimliyi - 1300/1500
2. Texnologiya müəllimliyi - 1300/1500
Azərbayan Dövlət Aqrar Universiteti
1. Elektrik və elektronika mühəndilsyi - 1500/1700 (qiyabi) 1200/1500
2. Energetika mühəndisliyi – 1500/1700
3. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 1500/1700
4. İnformasiya texnologiyaları 1500/1700
5. Kompütür elmləri – 1500/1700
6. Maşın mühəndisliyi 1500/1700
7. Qida mühəndisliyi – 1500/1700
Gəncə Dövlət Universiteti
1. İnformatika müəllimiyi – 1600/1700
2. Riyaziyyat və İnformatika müəllimliyi – 1700/1800
Mingəçevir Dövlət Univeristeti
1. Ekologiya mühəndisliyi – 1400/1500 (qiyabi) 1200/1300
2. Sənaye mühəndisliyi – 1400/1500
3. Nəqliyyat mühəndisliyi – 1400/1500
4. Kompüter mühəndisliyi – 1400/1500
5. İnformasiya texnologiyaları – 1400/1500, (qiyabi) 1200/1300
6. Energetika mühəndisliyi – 1400/1500, (qiyabi) 1200/1300
Azərbaycan Kooperasiya Universiteti
1. Ekologiya mühəndisliyi – 2000/2300
2. Qida mühəndisliyi – 2000/2200, (qiyabi) 1800/1900
3. Şərabçılıq – 2200/2300
Azərbaycan Universiteti
1. İnformasiya texnologiyaları – 2000/2200
Qərbi Kaspi Universiteti
1. İnformasiya təhlükəsizliyi – 3500/4000
2. İnformasiya texnologiyaları – 3500/4000
3. Meşəçilik - 3500/4000
Bakı Qızlar Universiteti
1. Riyaziyyat və İnformatika müəllimliyi – 2000/2200
Odlar Yurdu Universiteti
1. İnformasiya texnologiyaları (qiyabi) - 2000/2200
2. Komputer mühəndisliyi – 2000/2200
3. İnformasiya texnologiyaları (əyani) – 2000/2500
Naxçıvan Universiteti
1. İnformasiya texnologiyaları (qiyabi) - 1400/1500
II QRUP
Bakı Dövlət Universiteti
1. Coğrafiya – 1900/2000
2. Hidrometerologiya - 1900/2000.
3. Tarix müəllimliyi (Qazax flialı) - 1400/1500
4. Coğrafiya müəllimiliyi (Qazax flialı) - 1400/1500
5. Turizm işinin təşkili - 1500/1600, (qiyabi) 1300/1400
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
1. Beynəlxalq ticarət və logistika – 2300/2500
2. Biznesin idaə edilməsi – 2300/2500
3. İqtisadiyyat – 2200/2500
4. Marketinq - 2200/2500
5. Menecment - 2200/2500
Azərbaycan Texniki Universiteti
1. Biznesin idarə edilməsi (qiyabi) - 1700/2100
Bakı Mühəndislik Universiteti
1. Dövlət və bələdiyyə idarəteməsi – 2200/2300
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
1. Sosiologiya - 1800/1950
2. Turizm – 1800/1950
3. Turizm işinin təşkili – 1800/1950
Naxçıvan Dövlət Universiteti
1. Beynəlxalq ticarət və logistika - 1300/1400
2. İqtisadiyyat (tədris ingilis dilində) – 1300/1400
Azərbaycan Dövlət Aqrar Universiteti
1. İqtisadiyyat – 1250/1300
2. Mühasibat – 1300/1400
3. İqtisadiyyat (tədris ingilis dilində) – 1300/1400
Azərbaycan Texnologiya Universiteti
1. Turizm işinin təşkili - 1450/1550
Mingəçevir Dövlət Universiteti
1. Biznesin idarə edilməsi - 1400/1500, (qiyabi) 1200/1300
2.Dövlət və bələdiyyə idarəetməsi – 1400/1500, (qiyabi) 1200/1300
3. İqtisadiyyat – 1400/1500, (qiyabi) 1200/1300
4. Maliyyə - 1400/1500, (qiyabi) 1200/1300
5. Marketinq - 1200/1300
6. Menecment - 1400/1500, (qiyabi) 1200/1300
7. Mühasibat – 1400/1500, (qiyabi) 1200/1300
8. Turizm bələdçiliyi - 1400/1500, (qiyabi) 1200/1300
9. Turizm işinin təşkili - 1400/1500, (qiyabi) 1200/1300
Azərbaycan Kooperasiya Universiteti
1. Biznesin idarə edilməsi – 2000/2200, (qiyabi) 1800/1900
2. İqtisadiyyat – 1800/1900
3. Maliyyə - 1800/1900
4. Marketinq - 2000/2200
5. Mühasibat – 2000/2100, (qiyabi) 1800/1900
6. Turizm bələdçiliyi – 2000/2200, (qiyabi) 1800/1900
7. İqtisadiyyat - 2000/2200
8. Maliyyə - 2000/2200
9. Turizm işinin təşkili - 2000/2200, (qiyabi) 1800/1900
Azərbaycan Universiteti
1. Biznesin idarə edillməsi – 2000/2200
2. İqtisadiyyat- 2000/2200
3. Maliyyə - 2000/2200
4. Marketinq - 2000/2200
5. Menecment - 2000/2200
6. Mühasibat – 1800/1900
Qərbi Kaspi Universiteti
1. Biznesin idarə edilməsi - 3900/4000
2. Dövlət və bələdiyyə idarəedilməsi – 3900/4000
3. İqtisadiyyat – 3900/4000
4. Maliyyə - 3900/4000
5. Marketinq – 3900/4000
6. Mühasibat – 3900/4000
7. Turizm bələdçiliyi – 3900/4000
8. Turizm işinin təşkili – 3900/4000
Bakı Qızlar Universiteti
1. Coğrrafiya müəllmliyi - 2000/2200
Naxçıvan Universiteti
1. İqtisadiyyat (qiyabi) – 1400/1500
2. Maliyyə (qiyabi) - 1400/1500
3. Marketinq – 1600/2000
III QRUP
Bakı Dövlət Universiteti
1. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1900/2000, (qiyabi) 1600/ 1700
2. Filologiya (Qazax flialı) – 1400/1500
3. Məktəbəqədər təhsil – 1450/1500
4. Tarix müəllimliyi – 1500/1600
5. Təhsildə sosial psixoloji dəstək – 1500/1600
6. Sosial iş- 1500/1600
7. Kitabxanaçılıq və informasiya fəaliyyəti (tədris ingilis dilində) - 1900/2000
Azərbaycan Dövlət Pedaqoji Universiteti
1. Xarici dil müəllimliyi (inglis dili üzrə) Şəki flialı - 1800/2000
2. Xarici dil müəllimliyi (fransız dili üzrə) Şəki flialı - 1800/2000
Azərbaycan Dillər Universiteti
1. Regionşunaslıq (Almaniya üzrə) – 1000/1500
2. Regionşunaslıq (Fransa üzrə) – 1000/1500
3. Regionşunaslıq (Ərəb ölkələri üzrə) – 1000/1500
4. Tərcümə (Azərbaycan dilindən alman dilinə) – 1000/1500
5. Tərcümə (Azərbauan dilindən fransız dilinə) - 1300/1500
6. Tərcümə (Azərbaycan dilindən koreya dilinə)- 1300/1500
7. Tərcümə ( Azərbaycan dilindən ərəb dilinə) - 1300/1500
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
1. Kitabxanaçılqı və informasiya fəaliyyəti – 1800/1950
2. Muzey arxiv işi və abidələrin qorunması – 1800/1950
3. Sənətşünaslıq (teatrşünaslıq) – 1800/1950
4. Sənətşünaslıq ( kinoşünaslıq) – 1800/1950
5. Bədii yaradıcılıq ekran dramataturgiyası (ssenarist) – 1800/1950
6. Sənətşünaslıq (təsvir sənətinin tarixi və nəzəriyyəsi)- 1800/1950
7. Sosial iş – 1800/1950
Naxçıvan Dövlət İnstitutu
1. Azərbaycan dili ədəbiyyat müəllimliyi – 1300/1400
2. Tarix müəllimliyi – 1300/1400
3. Hüquqşunaslıq – 2000/2200, (qiyabi) 1900/2000
4. Tarix – 1300/1400
5. Sosial iş - 1300/1400
Naxçıvan Müəllimlər İnstitutu
1. Azərbaycan dili və ədibiyyat müəllimliyi - 1300/1500
2. İbtidai sinif müəllimliyi - 1300/1500
3. Məktəbəqədər təhsil - 1300/1500
4. Tarix müəllimliyi - 1300/1500
5. Təhsildə sosial-psixoloji xidmət - 1300/1500
6. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1300/1500,(qiyabi) 1200 1300
Gəncə Dövlət Universiteti
1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi – 1800/1900
2. İbtidai sinif müəllimliyi – 1500/1700
3. Məktəbəqədər təhsil – 1500/1700
4. Tarix müəllimliyi – 1600/1700
5. Tarix - 1800/1900, (qiyabi) 1500/1600
6. Sosial iş – 1800/1900, (qiyabi) 1500/1600
Azərbaycan Kooperasiya Universiteti
1. Təhsildə sosial-psixoloji xidmət – 2000/2300
2. Beynəlxalq münasibətlər – 2000/2100
3. Regionşünaslıq (Avropa üzrə) – 2000/2200
4. Muzey arxiv işi və abidələrin qorunması – 2000/2300
5. Sosial iş – 2200/2300
6. Tərcümə (ingilsi dili üzrə) – 2400/2500
7. Sosial iş (rus bölməsi üzrə) – 2400/2500
Bakı Qızlar Universiteti
1. Azərbaycan dili və ədəbiyyat müllimliyi - 2200/2400
2. İbtidai sinif müəllimliyi - 2000/2200
3. Məktəbəqədər təhsil – 1800/2000
4. Tarix müəllimiyi – 2200/2400
5. Təhsildə sosial-psixoloji xidmət – 1800/2000
6. Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2300/2500
Odlar Yurdu Universiteti
1. Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 2200/3000
2. Məktəbəqədər təhsil – 2500/3000
3. Sosial iş – 2200/2500
4. Təhsildə sosial-psixoloji xidmət - 2200/3000
5. Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 2500/3500
6. Beynəlxalq münasibətlər – 2200/3000
7. Tərcümə - 2200/3500
IV QRUP
Bakı Dövlət Universiteti
1. Bitki mühafizəsi – 1900/2000
2. Su və bioehtiyatları akvakultura – 1900/2000
3. Kimya və biologiya müəllimliyi (Qazax flilalı) – 1400/1500
Naxçıvan Dövlət Universiteti
1. Biologiya müəllimliyi – 1300/1400
2. Kimya müəllimliyi – 1300/1400
3. Əczaçılıq - 2000/2200
4. Stomotologiya – 2000/2200
5. Tibb – 2000/2200
Azərbaycan Dövlət Aqrar Universiteti
1. Bilogiya – 1200/1800
2. Ekologiya – 1500/1700, (qiyabi) 1200/1600
3. Əczaçılıq - 1500/2000
Azərbaycan Kooperasiya Universiteti
1. Ekologiya - 2000/2100, (qiyabi) 1800/1900
Bakı Qızlar Univeristeti
1. Psixologiya - 1800/2000
Odlar Yurdu Universiteti
1. Psixologiya (rus bölməsi üzər) – 2200/3000
V QRUP
Bakı Dövlət Universiteti
1. Fiziki tərbiyə və çağırışaqdərəki hazırlıq müəllimliyi (Qazax flialı) - 1400 /1500
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
1. Musiqi müəllimliyi - 1800/1950
2. Musiqişünaslıq - 1800/1950
3. Təsviri incəsənət müəllimliyi - 1800/1950
4. Aktyor sənəti - 1800/1950
5. Dekorativ-tətbiqi sənət - 1800/1950
6. Dizayn - 1800/1950
7. İnstrumental ifaçılıq - 1800/1950
8. Populyar musiqi və caz ifaçılığı - 1800/1950
9. Qrafika - 1800/1950
10. Rejjsorluq - 1800/1950
11. Rəngkarlıq - 1800/1950
12. Vokal sənəti - 1800/1950
13. Operator sənəti - 1800/1950
Bakı Xareoqrafiya Akademiyası
1. İnsrumental ifaçılıq - 1500/2100
2. Xareoqrafiya sənəti – 1300/2100
Naxçıvan Dövlət Universiteti
1. Dizayn – 1300/1400
2. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi - 1300/1400
3. Musiqi müəllimliyi - 1300/1400
4. Təsviri incəsənət - 1300/1400
5. Məşqçilik - 1300/1400
Naxçıvan Müəllimlər İnstitutu
1. Təsviri incəsənət müəllimliyi – 1300/1500
Gəncə Dövlət Universiteti
1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi - 1300/1500
2. Məşqçilik - 1000/1300
Odlar Yurdu Universiteti
1. Dizayn – 2500/3000
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.


Şərhlər
Lənkəran Dövlət Universiteti niyə yoxdur?