Menu

Rus hərbçilərin “Şükrü Okan” gəmisinə basqını anının görüntüləri yayılıb - VİDEO

15.08.2023, 15:58
Rus hərbçilərin “Şükrü Okan” gəmisinə basqını anının görüntüləri yayılıb - VİDEO

Xəbər verlidiyi kimi, Rusiya ötən gün Qara dənizdə Palau bayrağı altında üzən “Şükrü Okan” adlı  gəmiyə xəbərdarlıq atəşi açıb. Səbəb kimi gəmi kapitanının çağırışlara cavab verməməsi göstərilib.

“AzPolitika.info” xəbər verir ki, bu gün rus hərbçilərinin Palau bayrağı altında üzən “Şükrü Okan” adlı gəmiyə basqın etdiyi anın görüntüləri paylaşılıb.

Paylaşılan kadrlarda rus hərbçilərin “Ka-29” helikopteri ilə gəmiyə eniş edərək, yoxlamalar apardığı əks olunub.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Taxıl Sazişindən çıxdığını bəyan etdi və Ukrayna limanlarına gedən bütün gəmiləri yoxlayacağı barədə xəbərdarlıq etmişdi.

Bu hadisə mətbuatda geniş əks-səda doğurub, çünki “Şükrü Okkan” gəmisinin Türkiyəyə məxsus olduğu güman edilirdi və hamı Ankaradan sərt reaksiya gözləyirdi.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol