Menu

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

15.08.2023, 20:00
Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Şərhlər

Kənan 2023-08-15 22:21:49

Bəs bizim təntənəli ZƏFƏR bayramımız? bəs sərhədçilər.ordu,hakimiyyət? Deməli yarımçıq zəfərl belə qeyd etmişik? Bunun adı milləti aldatmaq sayılmır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol