Menu

Əhalisinin sayı 100 min nəfəri ötən şəhər və rayonlarımız

16.08.2023, 15:31
Əhalisinin sayı 100 min nəfəri ötən şəhər və rayonlarımız

Ölkədə əhalisinin sayı 100 min nəfərdən çox olan şəhər və rayonların sayı artıb.

Dövlət Statistika Komitəsi 2023-cü il iyulun 1-nə paytaxt Bakının əhalisini 2 milyon 340,6 min nəfər göstərib.

Hesabata görə, Abşeron rayonunda 432,2 min, Sumqayıtda 426,5 min, Gəncədə 330,4 min, Lənkəranda 227 min, Masallıda 226 min, Şəmkirdə 216,7 min, Cəlilabadda 215,9 min, Şəkidə 183,7 min, Sabirabadda 179,5 min, Ağdamda 179,1 min, Tovuzda 176,1 min, Xaçmazda 173,9 min, Qubada 169,6 min, Bərdədə 156,4 min nəfər əhali qeydə alınıb.

Əhalisi 100 min nəfəri ötən başqa bölgələr belə sıralanır: Salyan – 139 min nəfər, Ağcabədi – 135,6 min, İmişli – 131,2 min, Füzuli – 130,4 min, Zaqatala – 129,9 min, Yevlax – 128,7 min, Göyçay – 118,1 min, Kürdəmir – 118 min, Şərur – 112,6 min, Astara – 111,4 min, Saatlı – 110,1 min, Qəbələ – 108,4 min, Ağdaş – 106,7 min, Biləsuvar – 106 min, Şamaxı – 105,3 min, Mingəçevir – 102,6 min, Qusar – 102 min, Goranboy – 101,5 min, Beyləqan – 101,2 min, Gədəbəy – 100,9 min, Balakən – 100,4 min.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol