Menu

Qanunsuz erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

16.08.2023, 22:41
Qanunsuz erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol