Menu

“Azərbaycanla Ermənistan arasında sülhün detallarını müzakirə etməyə başlamaq lazımdır” - Şahmar Mövsümov

17.08.2023, 11:20
“Azərbaycanla Ermənistan arasında sülhün detallarını müzakirə etməyə başlamaq lazımdır” - Şahmar Mövsümov

“Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” sosial şəbəkəsində yazıb.

“Dünya ictimaiyyətinin yekdil rəyi ondan ibarətdir ki, tamaşalar göstərməkdənsə, Azərbaycan və Ermənistan arasında uzunmüddətli dayanıqlı sülhün konkret detallarının müzakirəsinə keçməyin vaxtı çoxdan çatıb. Bunun üçün artıq bütün ilkin şərtlər var”, - paylaşımda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol