Menu

“Ukrayna G20 sammitinə dəvət olunmayıb..." – Kuleba açıqladı

17.08.2023, 17:14
“Ukrayna G20 sammitinə dəvət olunmayıb..." – Kuleba açıqladı

“Rusiya G20 sammitinə dəvət edilib, Ukrayna isə yox”

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O, bildirib ki, Rusiya G20 sammitinə bu formatın daimi üzvü olduğu, həmçinin sentyabrda keçirləcək tədbirə ev sahibliyi edəcək Hindistanla sıx əlaqələri olduğu üçün qatılacaq: “Rusiya təəssüf ki, G20 formatına daxildir. Eyni zamanda, Hindistan və Rusiya Federasiyası kifayət qədər yaxın tərəfdaşdırlar”.

Nazir Rusiya Prezidenti Vladimir Putinin tədbirdə şəxsən iştirak edəcəyinə şübhə ilə yanaşdığını deyib.

Kuleba əminliklə vurğulayıb ki, Ukraynanın tərəfdaşları və müttəfiqləri Kiyevlə razılaşdırılmamış danışıqlara getməyəcəklər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol