Menu

ERMƏNİ SİLAHLILARI HƏRBİ DAŞIMALARDA BU MAŞINLARDAN İSTİFADƏ EDİR - "Sülhməramlıların" müşayiəti ilə... +VİDEO

18.08.2023, 15:05
ERMƏNİ SİLAHLILARI HƏRBİ DAŞIMALARDA BU MAŞINLARDAN İSTİFADƏ EDİR - "Sülhməramlıların" müşayiəti ilə... +VİDEO

Avqustun 18-i səhər saatlarında Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Texniki müşahidə vasitələrilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.

Qeyd edək ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqla təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı.

Şərhlər

Aynur Əliyeva 2023-08-20 18:18:59

bu maşınlar nişana düşür , qəşəng vurmaq olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol