Menu

Bir milyon manatı mənimsəyən vəzifəli şəxslərə 16 İL HƏBS CƏZASI

24.11.2014, 11:26
Bir milyon manatı mənimsəyən vəzifəli şəxslərə 16 İL HƏBS CƏZASI

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəməsi prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.

Fuad Mirzəyev və Akif Bağırov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol