“Qərb Ukraynamın qələbəsin i istəyirmi? Mənim buna inamım yox olur.”
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı, məşhur general Ben Xoces “Der Tagesspiegel” nəşrinə açıqlamasında deyib. General bildirib ki, ABŞ və Almaniya Ukraynanın işğalçı üzərində qələbəsində maraqlı görünmürlər. Buna görə də ABŞ Ukraynaya “F-16”-lar da daxil olmaqla, həlledici silahların, Almaniya isə “Taurus” raketlərinin verilməsini müxtəlif bəhanələrlə ləngidir: “Ukrayna əks-hücumu uğursuzluğa düçar olsa, buna görə ABŞ və Almaniya hökumətləri məsuliyyət daşıyacaq”.
General hesab edir ki, Ukraynanın uğur qazanması üçün ilk növbədə uzaq məsafəli dəqiq silahlara ehtiyacı var.
Xocesin dediyinə görə, məhz bu uzaq mənzilli dəqiq raketlər vasitəsilə Ukrayna elə zərbələr endirə bilər ki, Rusiya Krımı əldə saxlaya bilməz və yarımada Qara dəniz hərbi donanması üçün olduqca təhlükəli əraziyə çevrilər. General deyib ki, bu silahlar həm də Rusiyanın artilleriyasını, nəqliyyat infrastrukturunu və logistikasını sıradan çıxarmaqla, Ukraynanın qələbəsini tezlişdirə bilər.
“AzPolitika.info”

Şərhlər
İstəyirlər özüdə necə,amma bu genirallın diliylə söyləmələri əsas verirki,pişik kimi belini yerə vurmaq istəmirlər,gücləri çatmır.
İstəyirlər özüdə necə,amma bu genirallın diliylə söyləmələri əsas verirki,pişik kimi belini yerə vurmaq istəmirlər,gücləri çatmır.