Rusiya Müdafiə Nazirliyi Ukraynanın Novqorod vilayətindəki hərbi aerodromuna pilotsuz uçan aparatdan istifadə edərək hücum etdiyini açıqlayıb.
“Bu gün Moskva vaxtı ilə saat 10:00 radələrində Kiyev rejimi Novqorod vilayətindəki hərbi aerodromda kopter tipli PUA-dan istifadə edərək terror aktı həyata keçirib.
PUA aerodromun xarici müşahidə məntəqəsi tərəfindən aşkar edilib və atıcı silahlarla vurulub.
Aerodromun ərazisinə endirilən zərbə nəticəsində təyyarələrin dayanacağında yanğın baş verib, yanğın yanğınsöndürmə briqadaları alova müdaxilə edib.
“Bir təyyarə zədələnib, lakin terror aktı nəticəsində itki yoxdur”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“AzPolitika.info”


Şərhlər