Menu

Dominikanda partlayışda ölənlərin sayı 32-ə çatıb

20.08.2023, 00:11
Dominikanda partlayışda ölənlərin sayı 32-ə çatıb

Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli “Hoy” qəzeti məlumat yayıb.

Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, hazırda 59 zərərçəkəndən 12-si xəstəxanalarda müalicə alır.

Partlayış avqustun 14-də plastmas istehsal edən fabrikdə baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol