Menu

Kurskda dron vağzal binasına çırpılıb, yaralananlar var

20.08.2023, 11:42
Kurskda dron vağzal binasına çırpılıb, yaralananlar var

Rusiyanın Kursk şəhərinin dəmir yolu vağzalının binasının damına dron çırpılıb, bir neçə nəfər yaralanıb.

Bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt teleqram kanalında bildirib.

“İlkin məlumata görə, o (dron – red.), vağzal binasının damına çırpılıb, bundan sonra damda yanğın başlayıb. Beş nəfər şüşə qəlpələrindən yüngül yaralanıb”, - region başçısı yazıb.

Qubernator bu olayda Ukraynanı günahlandırsa da, rəsmi Kiyev bununla bağlı açıqlama yaymayıb.

Xatırladaq ki, daha öncə Moskvanın iki hava limanı pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən uçuş-enişi dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol