Menu

Rusiyanın Domodedovo hava limanı uçuşları müvəqqəti məhdudlaşdırıb

21.08.2023, 09:41
Rusiyanın Domodedovo hava limanı uçuşları müvəqqəti məhdudlaşdırıb

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Domodedovo hava limanı uçuşları müvəqqəti olaraq məhdudlaşdırıb.

APA xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədilə Moskvanın Domodedovo hava limanında yerli vaxtla saat 06:26-dan etibarən təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, bu gün səhərdən etibarən Vnukovo hava limanı da uçuşları məhdudlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol