Menu

“40 ölkənin Avrasiya Birliyinə qoşulmaq planı var” - Narışkin

24.11.2014, 12:26
“40 ölkənin Avrasiya Birliyinə qoşulmaq planı var” - Narışkin

“40 ölkənin Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası yaratmaq planı var”

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Astanada beynəlxalq konfransda deyib.

“MDB-nin 5 ölkəsi artıq öz seçimini edib və Avrasiya Birliyinə qoşulub. Daha 40 ölkə isə Avrasiya Birliyi ilə azad ticarət zonasının yaradılması arzusunda olduğunu bəyan edib”, - deyə o vurğulayıb.

Müxtəlif ölkələrin Avrasiya Birliyinə maraq göstərdiyini deyən S. Narışkin təşkilatın güclənəcəyinə və böyüyəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, hazırda Rusiya, Qazaxıstan, Belarus və Ermənistan Avrasiya Birliyinin üzvüdür. Qırğızıstanın da yaxın zamanlarda təşkilata üzv olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol