Məlum olduğu kimi, Hollandiya və Danimarka Ukraynaya “F-16” hərbi təyyarələrinin verilməsinə dair qərar qəbul edib. Bu qərar Ukraynada və Qərb dairələrində məmnuniyyətlə, Rusiyada isə hiddətlə qarşılanıb.

“AzPolitika.info” xəbər verir ki, müharibə başlayandan Rusiyanın qeyri-adekvat davranışları və bəynataları ilə seçilən sabiq prezidenti, hazırda isə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini postunu tutan Dmitri Medvedev Almaniya XİN başçısı Anna Berboku təhdid edən açıqlama ilə çıxış edib. Buna səbəb Berbokun Danimarka və Hollandiyanın qərarını dəstəkləməsidir.

“Bu, Ukrayna üçün, deməli həm də Avropa üçün yaxşı gündür”, - deyə Berbok “F-16”-ların verilməsini şərh edərkən bildirib.

Almanları “bandeovçuların nasist qardaşları” adlandıran Medvedev almaniyalı nazirin bu açıqlamasına Avropanın bir gündə məhv edilə biləcəyinə dair təhdidlə cavab verib: “Uşaqlar, öz qum meydançanızda təyyarə oyunlarını oynamayın. Elə olmasın ki, belə “yaxşı günlərdən” biri Avropanın son günü olmasın”.

“AzPolitika.info”