“Azərlotereya” ASC jurnalistlər arasında kartinq yarışı keçirib.
“AzPolitika.info” xəbər verir ki, Bakı Kartinq Mərkəzində baş tutan yarışda müxtəlif media qurumlarından 30-a yaxın jurnalist iştirak edib.
Qrup mərhələsini ilk pillədə başa vuranlar final mərhələsinə yüksəliblər.
Finalda “İdman TV”-nin şərhçisi və aparıcısı Fərid Ramazanov turnirin qalibi olub. “Sfera.az” saytının baş redaktoru Ozal Mammadov və “Azxeber.com” saytının əməkdaşı Əfsələddin Ağalarov isə ikinci və üçüncü yerləri bölüşüblər.
Tədbirin sonunda “Azərlotereya” ASC tərəfindən qaliblərin hər birinə mükafatlar təqdim edilib.
“AzPolitika.info”


Şərhlər