Xəbər verildiyi kimi, ötən gün "Vaqner"in lideri Yevgeni Priqojinin olduğu təyyarə qəzaya uğrayıb və nəticədə Priqojin də daxil olmaqla, ümumilikdə 10 nəfər həlak olub.
“AzPolitika.info” xəbər verir ki, Priqojinin ölümündən sonra ortaya çıxan qəza görüntüləri müxtəlif müzakirələrə səbəb olub.
Uçuş məlumatlarına görə, şəxsi təyyarədə son 30 saniyəyə qədər heç bir nasazlıq əlamətləri müşahidə olunmayıb və heç bir problem yaşanmayıb. Təyyarə bir anda hündürlükdən yerə çırpılıb.
Uçuş məlumatlarını toplayan “Flightradar24” saytının əməkdaşı İan Petçenik, təyyarənin qəfil yerə düşməyə başladığını ifadə edərək, “Nə oldusa, çox tez oldu” deyib. Uçuş sırasında təyyarədə heç bir problemin olmadığını deyən Petçenik təyyarənin 8 min metr yüksəklikdən yerə çırpıldığını qeyd edib.
Qeyd edək ki, “Vaqner”ə yaxın olduğu bilinən bəzi “Telegram” kanallarında təyyarənin Rusiya ordusunun müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilir. Bəzi mənbələrə görə, təyyarə Rusiya ordusuna məxsus yer-hava raketləri ilə vurulub.
“AzPolitika.info”


Şərhlər
Tam məntiqsiz fikirlərdir,təyarəyə minən zaman onları götürmək olmazdımı,artıq özünə hörmət edən siyasətçilər hər şeyi gözəl bilirlər,polşanın təyarəsi,ukrayna səmasında 290 nəfərin ölümünə səbəb olan təyarənin vurulması və bunlara bənzər terorların arxasında kimin dayandığı aşkar bilinir,mən isə demək istəyirəm,biz özümüzü aldatmayaq.