Menu

Rusiyalı “erməni dostu”nu İrəvana buraxmadılar – Krivopuskov hava limanından geri qaytarılıb

24.08.2023, 12:18
Rusiyalı “erməni dostu”nu İrəvana buraxmadılar – Krivopuskov hava limanından geri qaytarılıb

Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin keçmiş rəhbəri Viktor Krivopuskov İrəvanın Zvartnots hava limanında saxlanılıb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Krivopuskova Ermənistan sərhədini keçməsinə icazə verilməyib. Rusiya Erməniləri İttifaqının “Teleqram” kanalında yayılan məlumatda deyilir ki, Viktor Krivopuskov avqustun 24-də səhər tezdən “Aeroflot”un reysi ilə İrəvan Zvartnots hava limanına gəlib.

Qeyd edək ki, Krivopuskov 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol