Menu

TEHRAN MƏNSİMOVUN DOĞUM GÜNÜDÜR - VİDEO

24.08.2023, 12:41
TEHRAN MƏNSİMOVUN DOĞUM GÜNÜDÜR  - VİDEO

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Şuşanın azadlığı uğrunda döyüşlərin iştirakçısı Tehran Cavid oğlu Mənsimovun doğum günüdür.

Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsin

də könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib.

Noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərdə şəhərə girən ilk zabitlərdən olub.

Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. O, həmçinin, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına da layiq görülüb.

Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

Şərhlər

Veteran 2023-08-25 16:39:24

EŞQ OLSUN ! TƏBRİK EDİRİK !

X 2023-08-24 16:39:04

Sevgi dolu təbriklər. Azərbaycanımızın milli qəhrəmanı. Xankəndin fəth etməyə hazır olan igid

Tahir 2023-08-24 13:13:20

Təbriklərim sonsuzdur komandan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol