Menu

Valyuta hərracında bankların dollar tələbi 61 milyonu ötüb

24.08.2023, 13:23
Valyuta hərracında bankların dollar tələbi 61 milyonu ötüb

24 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

“APA-Economics” xəbər verir ki, hərracda tələb 61,33 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2.4% çoxdur. Belə ki, 22 avqustda keçirilən valyuta hərracında banklar 59.9 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol