Menu

"Naxçıvanda vəkillərin sayının azalması bizi narahat edir" - Anar Bağırov

25.08.2023, 10:59
"Naxçıvanda vəkillərin sayının azalması bizi narahat edir" - Anar Bağırov

"Çox təəssüf ki, Naxçıvanda vəkillərin sayı azalır. Bu da bizi narahat edir".

"Report"un xəbərinə görə, bu sözləri Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

"Son 5 ildə Azərbaycanda vəkillərin sayının artmasına baxmayaraq, Naxçıvanda azalma müşahidə edilir. Bu da bizi narahat edən əsas amillərdən biridir. Biz bu istiqamətdə dəstəyimizi davam etdirməliyik", - sədr vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol