Menu

Xəzər dənizində platformadan iki nəfərin suya düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

25.08.2023, 11:33
Xəzər dənizində platformadan iki nəfərin suya düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması və iki nəfərin suya düşərək ölməsi faktı ilə bağlı araşdırma başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol