“Priqojini çoxdan tanıyırdım, hələ 90-cı illərin əvvəllərindən...”
“AzPolitika.info” xəbər verir ki, Vladimir Putinin Yevgeni Priqojinin ölümü ilə bağlı danışarkən dediyi bu sözlər ciddi müzakirələrə səbəb olub. Belə ki, buna qədər Putinlə Priqojinin tanışlığının 2000-ci illərdə baş tutduğu bildirilirdi. Rusiya başçısının bu etirafı isə onun Priqojinlə hələ Sankt-Peterburqda işləyərkən tanış olduğunu göstərir.
Məsələ ondadır ki, Priqojin uzun müddətli həbsdən 1990-cı ildə çıxıb. Həmin il Sankt-Petrburqa qayıdan Priqojin “xot-doq” satışı ilə məşğul olmağa başlayıb. 1993-cü ildə “Kontrast” supermarketində administrator işləyib. 1995-ci ildə isə “Vinnıy klub” adlı bar-mağaza işlətməyə başlayıb. Nəhayət, 1996-cı ildə Priqojin Sankt-Peterburqdakı ən elitar “Staraya tamojnya” restoranını açıb. Bu restoran o vaxtkı Sankt-Peterburqda kriminal avtoritetlərin və şəhər meriyasındakı məmurların yığışdıqları, anlaşdıqları görüş yeri kimi tanınıb.
Deməli, belə nəticə çıxır ki, həmin vaxt Sankt-Peterburq meriyasında Anatoli Sobçakın köməkçisi olan Putin də bu görüşlərin əsas iştirakçılarından olub və Priqojini də buradan tanıyıb.
Ən əsası isə odur ki, Priqojin “azyaşlıları cinayətə cəlb etmə”, “quldurluq”, “oğurluq” və “dələduzluq” maddələrilə həbsdə yatıb və o vaxt dövlət məmuru olan Putin də əlbəttə ki, bunu bilib. Bütün bunlara baxmayaraq, Putin həmin vaxtlar “Jako” ləqəbi ilə tanınan Priqojinlə yaxın münasibətlərdə olub və bu gün də Rusiya Prezidenti olaraq, bunu bilərəkdən, yaxud bilməyərəkdən etiraf edir...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
İndi getdikcə daha inamla demək olur ki, Putin kütləyə sırınndığı kimi bir "dahi" yox sıradan biriymiş və bir çoxları kimi Putinin də eybini tutduğu vəzifə malalayırmış. İstənilən fos major halında bu EYİBLƏR çılpaqlığı ilə ortadadır. Putin batağlığın ortasındadır və hər davranışı onu daha çox dibə çəkir. İnşəallah..