Qəzet sabahdan etibarən çapını bərpa edir
"Azadlıq" qəzetinə dəstək marafonunun müsbət nəticələri var. Belə ki, qəzet rəhbərliyi artıq çapın bərpa olunması haqda qərar verib. Bu barədə qəzetin baş redaktorunun birinci müavini Rahim Haciyev "bizimyol.info"-ya açıqlamasında bildirib. O, deyib ki, yardım və abunə kampaniyasının ilk günündə, bu saatlara qədər 13 min manatdan artıq vəsait toplanılıb və bu, qəzetin öz fəaliyyətini bərpa etməsinə şərait yaradır.
"Bu vəsait borcumuzun bir hissəsini təşkil edir. Marafon bu şəkildə davam etsə "Azadlıq" qəzeti yaşayacaq. Onu da qeyd edim ki, qəzet çapını sabah bərpa edəcək"



Şərhlər