Güney Azərbaycandan olan Məhəmmədrza Məhəmmədi avqustun 22-də Təbrizin “Traktor” və “Şarja” futbol komandalarının oyununu izləmək üçün Təbrizin Səhənd stadionuna daxil olarkən təhülkəsizlik qüvvələri tərəfindən saxlanılıb.
“AzPolitika.info” xəbər verir ki, o, üzərində Urmu gölünün təsviri olan köynək geyindiyi üçün saxlanılıb. Köynəyin üzərində isə “Urmu gölüm qurumaz” sözləri yazılıb.
Milli fəalın yaxınları bildiriblər ki, Məhəmmədrza Urmu gölünü dəstəkləyən şüarlar yazılmış köynək geyinən dostları ilə birlikdə stadiona daxil olarkən təhlükəsizlik qüvvələri ilə aralarında münaqişə baş verib.
“AzPolitika.info”



Şərhlər