Finlandiya polisi Ukraynada Rusiya tərəfində vuruşan “Rusiç” təxribat-hücum kəşfiyyat qrupunun komandirlərindən biri olan radikal millətçi Yan Petrovskini saxlayıb.
“AzPolitika.info” yerli mediaya istinadla xəbər verir ki, o, 2014-2015-ci illərdə Ukraynada hərbi cinayətlər törətməkdə şübhəli bilinir.
Jurnalistlərin məlumatına görə, Ukrayna onun ekstradisiyası üçün müraciət edib. Rusiya səfirliyinə də “Kiyevin tələbi ilə Finlandiyada bir rusiyalının saxlanması barədə məlumat verilib”.
Ukrayna hüquq-mühafizə orqanları “DXR” separatçılarının tərəfində vuruşan Petrovskini 2014-2015-ci illərdə Donetsk və Luqansk vilayətlərində törətdiyi cinayətlərdə, o cümlədən məhbuslara işgəncə verməkdə və öldürməkdə ittiham edir.
Bu cinayətkar dəstə 2014-cü ilin sentyabrında Ukraynanın “Aydar” könüllü batalyonu ilə toqquşmalarda iştirak edib.
Ukraynaya qarşı tammiqyaslı işğal əməliyyatında “Rusiç”in muzdlu hərbçiləri də iştirak edir. Qrup və onun liderləri Milçakov və Petrovski ötən ilin sentyabrında Xarkov vilayətində gedən döyüşlər zamanı göstərdikləri “xüsusi qəddarlığa” görə ABŞ tərəfindən sanksiyaya məruz qalıblar. Dekabrda sözgedən qruplaşmanın “Vaqner” PMC-də iştirakına görə, Avropa Birliyi onun komandirlərinə qarşı sanksiyalar tətbiq edib.
“AzPolitika.info”


Şərhlər