Menu

Türkiyədə oteldə 16 qanunsuz miqrant aşkarlanıb

26.08.2023, 01:15
Türkiyədə oteldə 16 qanunsuz miqrant aşkarlanıb

Türkiyənin Muğla şəhərindəbağlı oteldə 16 qanunsuz miqrant aşkarlanıb“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Mərmərə Qanunsuz Miqrasiya və İnsan Alverinə qarşı mübarizə Baş İdarəsinin əməkdaşları şəhərdə gəzən bir şəxsdən şübhələnərək araşdırmaya başlayıb.

Bununla bağlı keçirilən əməliyyat zamanı oteldə 15 suriyalı və 1 fələstinli qanunsuz miqrant saxlanılıb.

Onlar müvafiq prosedurlardan sonra miqrasiya idarəsinə aparılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol