Menu

“Ən-Nəsr”dən darmadağın: Mane dubl, Ronaldu het-trik etdi - VİDEO

26.08.2023, 11:01
“Ən-Nəsr”dən darmadağın: Mane dubl, Ronaldu het-trik etdi - VİDEO

Səudiyyə Ərəbistanı çempionatının III turunda “Ən-Nəsr” klubu “Əl-Fateh”i darmadağın edib - 5:0.

Oxu.Az xəbər verir ki, qarşılaşmada “Əl-Nəsr”in ulduzları yüksək performans göstəriblər. Kriştianu Ronaldu het-trik, Sadio Mane dubl müəllifi olub.

Mane 27 və 81-ci, Ronaldu isə 38, 55 və 90+6-cı dəqiqələrdə fərqləniblər. İlk qolda assisti də portuqaliyalı edib.

Mövsümdə ilk qələbəsini qazanan “Ən-Nəsr” üç xalla 12-ci, “Əl-Fateh” isə dörd xalla doqquzuncu pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol