Menu

Ukraynanın Azərbaycandakı səfiri İlham Əliyevə təşəkkürünü bildirib

26.08.2023, 16:22
Ukraynanın Azərbaycandakı səfiri İlham Əliyevə təşəkkürünü bildirib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün “Facebook” səhifəsində yazıb.

“Mən Laçın şəhərində olarkən Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirdim. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!", - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol