Menu

"İNSANLAR ÇAYA YAXINLAŞA BİLMİRLƏR" - Prezident Rövşən Rzayevə irad tutdu + VİDEO

27.08.2023, 12:20
"İNSANLAR ÇAYA YAXINLAŞA BİLMİRLƏR" - Prezident Rövşən Rzayevə irad tutdu + VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.

Görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirib.

Belə ki, çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb. Bu zaman ölkə başçısı çaya da giriş olmalıdır deyə R.Rzayevə irad tutub.

Həmin anın görüntülərini "musavat.com"-a istinadən təqdim edirik:

Şərhlər

Türk Turan 2023-08-28 12:18:07

Təşəkkürlər cənab prezident!

Ziko 2023-08-28 01:06:50

Cox ciddi iraddi. ,,, dovlet puluna caylari hasarlayirlar.

Yetmalı 2023-08-27 19:48:21

Doğurdanmı irad bildirib?...

Kōhne 2023-08-27 17:54:57

Memurlara her åeyi prezıdent baša salmalıdır.......çūnki çoxu nece deyerler 2 ci sinif šagirdi kimidir.....

Mühəndis B. 2023-08-27 15:48:40

Dəniz sahili bulvardan Səngçala qəsəbəsinə qədər 25-33 km hasarlanıb və büdcəmizə çimərlik, yaxta və digər xidmətlərdən dövlətimizə ildə bir neçə milyard azn gəlir verir. Eyni anda dənizi sahil çirklənmələrindən mühafizə edirlər. Rayonlarda artıq, suları azalan çayları çirklənmə və kanalizasiya sızmalarından cciddi mühafizə gərəkdir. Saf içməli su dərindən hasil edilib, saflaşdırılmış benzindən ucuz deyil?

Roma 2023-08-27 12:42:37

Çox haqlı irad, çox təəssüf ki, bu cür heç də xırda olmayan məsələ, diqqətdən kənar qalıb, axı çaya eniş, giriş olmalıdır, pal-paltar yumağa, heyvanat, bağ-bağat sulamağa, balığ tutmağa və s. və i...özü də bir yerdə yox bir neçə yerdə olmalıdır...hər bir iş insanın rahatlığı üçün hesablanmalı və görülməlidir...

t.ədalət 2023-08-27 12:10:05

Nə yaxşı ki Rövşən Rzayevin savadsız birisi olduğunu aşkarladı.Bu adam qaçq

Camal 2023-08-27 10:47:41

Qaçqınkomun çayla nə işi var ? Bəlkə çayı kimsə alıb ? O boyda Xəzəri hasarlayanlar üçün çay xırda məsələdir.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol