Menu

Priqojinin ölümü rəsmən təsdiqləndi

27.08.2023, 14:46
Priqojinin ölümü rəsmən təsdiqləndi

Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin ölümünü rəsmən təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə TASS müvafiq quruma istinadən məlumat yayıb.

“Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojin da var”, - qurum açıqlayıb.

Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol