Menu

Türkiyədə silahlı insident olub, xəsarət alanlar var

28.08.2023, 01:30
Türkiyədə silahlı insident olub, xəsarət alanlar var

Türkiyənin Adana şəhərində silahlı insident olub. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən şübhəlilərin axtarışına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol