Menu

Rusiya ordusu Ukraynanın Poltava vilayətini bombalayıb - 2 nəfər ölüb

28.08.2023, 10:09
Rusiya ordusu Ukraynanın Poltava vilayətini bombalayıb - 2 nəfər ölüb

Rusiya ordusu ötən gecə Ukraynanın Poltava vilayətinə zərbələr endirib. “Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin bildirib.

Nəticədə 2 mülki şəxs ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Daha 2 nəfər dağıntılar altında qalıb. Onların axtarışları davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol